Yuxarı

Üçtərəfli görüşdə Lavrov bu sözü işlətmədi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçtərəfli görüşdə Lavrov bu sözü işlətmədi – Video

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü öncəsi Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin ona xəbərdarlıq edərək, “keçmiş DQMV” ifadəsinin azərbaycanlılara (Azərbaycan nümayəndə heyətinə) xoşuna gəlməyəcəyini deməsi mikrafonun açıq qalması səbəbindən ictimailəşmişdi.

Axar.az xəbər verir ki, üçtərəfli görüş öncəsi bu xəbərdarlıqdan sonra çıxış edən Sergey Lavrov bir dəfə də olsun nəinki “keçmiş DQMV”, hətta “Dağlıq Qarabağ” sözündən də istifadə etməyib.

Üçtərəfli görüşdən sonra mətbuata geniş açıqlamasında da Lavrov Qarabağın adını dəfələrlə çəksə də, “dağlıq” sözünü işlətməyib (Video təqdim edilir).

Qəribədir ki, Rusiyanın dövlət agentlikləri (və təbii ki, erməni mediası) Sergey Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və "Dağlıq Qarabağ" yazıblar.

Xatırladaq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, 44 günlük müharibədəki qələbədən sonra Qarabağ iqtisadi rayonu rəsmiləşib. “Dağlıq Qarabağ” ifadəsi münaqişənin olduğunu xatırladan siyasi termin kimi istifadə edilir ki, bu da münaqişənin artıq keçmişdə qaldığını elan edən Azərbaycanın siyasi mövqeyinə qətiyyən uyğun deyil.

Tarix
2023.07.26 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla