Yuxarı

Xaçatryan başlanğıcdır: Bakının əlində siyahı var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçatryan başlanğıcdır: Bakının əlində siyahı var

“Laçın” postunda saxlanılan Xocalı qatili Vaqif Xaçatryan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımlarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Xocalının Meşəli kəndində 1991-ci ildə mülki azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın “Laçın” postunda yaxalanması və Bakıya gətirilməsi barədə qeyd ediib.

O bildirib ki, Xaçatryanın həbs edilməsini Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər:

“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçatryan həbs olunduğu kimi.

Soyqırım aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”.

Tarix
2023.07.30 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla