Yuxarı

Erməni əsgər anaları yenidən aksiyaya çıxdılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda əsgər anaları bu gün yenidən aksiya keçiriblər və prezident Serj Sarkisyandan övladlarının ölümünün ədalətli araşdırılmasını tələb ediblər.

"Axar.az"ın Ermənistan mediasına istinadən məlumatına görə, ölən hərbçi Tiqran Oqancanyanın anası Qoar Sarkisyan mediaya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vardan Avetisyanla görüşlərinin detallarını dilə gətirib. Onun sözlərinə görə, V.Avetisyan söz verib ki, anaların tələblərinin ədalətli həlli üçün xüsusi müraciət hazırlayacaq: "Bu illər ərzində hüquq mühafizə orqanı nümayəndələri uşaqlarımızın ölümünü ədalətli araşdırmadığına görə, Serj Sarkisyanla şəxsən görüşməyə qərar verdik. Görüşdük də, o, qəfəs arxasından bizə söz verdi ki, lazımı göstəriş verəcək. Lakin yalan ümid veribmış".

Onun sözlərinə görə, yanvarın 28-də polis onlara qarşı xüsusi qəddarliq göstərib: "Təsəvvür edin, bütün hüquq sistemi bu analardan qorxur. Bizim uşaqları qətlə yetirən zabitləri aşkar etməyincə susmayacağıq".

Xatırladaq ki, yanvarın 28-də də əsgər anaları övladlarının zabitlər tərəfindən qətlə yetirilməsi hadisəsinin illərdir ki, doğru-dürüst araşdırılmamasından narazılıq etmiş və aksiya keçirmişdilər. Polis zorakılığı ilə üzləşən əsgər anaları növbəti dəfə aksiya keçirməyə hazırlaşırlar.

Tarix
2014.01.30 / 22:49
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla