Yuxarı

Azərbaycanda əhali Ermənistanla sülhə inanır? - Sorğu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda əhali Ermənistanla sülhə inanır? - Sorğu

Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına, diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.

STM-dən Axar.az-a bildiriblər ki, “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?” sualına münasibətdə sorğu iştirakçılarının yarıdan çoxu, yəni, 53,1%-i (tam inanıram 22.1%, əsasən inanıram 31.0%) bu və ya digər dərəcədə inandığını bildirib.

Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11.0%, heç inanmadığını bildirənlər 33.1% olub. Respondentlərin 2.8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin 2022-ci ilin müxtəlif dövrləri ilə müqayisəli təhlili vətəndaşların sülh müqaviləsinə inam səviyyəsində əhəmiyyətli fərqin olmadığını göstərib.

Ötən ilin sentyabr ayında rəy keçirilən sorğusunda respondentlərin 53,5%-i (tam inanıram 28.3%, əsasən inanıram 25.2%) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə etmişdi. 6.2%-i əsasən inanmadığını, 36.9%-i heç inanmadığını bildirmişdi.

2022-ci ilin dekabrında ayında keçirilən sorğu nəticələrində də analoji tendensiya davam edib. Respondentlərin 55.7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11.0%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29.5%-i heç inanmadığını bildirib.

Sülhə inam səviyyəsində ayrı-ayrı dövrlər üzrə müşahidə edilən dəyişməz tendensiya Azərbaycanın sülh razılaşması ilə bağlı təqdim etdiyi prinsiplərə baxmayaraq, Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsi çağırışlarından boyun qaçırmasından irəli gələ bilər. İki ölkə arasında müxtəlif vasitəçilik formatlarında aparılan görüşlərə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü il sentyabrın 8–11-də icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Tarix
2023.09.18 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla