Yuxarı

Taleyi müəyyən edilmiş şəhidlərin dəfni nə vaxt olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taleyi müəyyən edilmiş şəhidlərin dəfni nə vaxt olacaq?

Bu gün taleyi müəyyən edilmiş və itkin düşmüş şəxs statusunu itirmiş eyniləşdirilməsi mümkün olmuş şəhidlərin dəfn mərasimləri qanunvericiliyin tələblərinə və dini adət-ənənələrimizə uyğun olaraq yaxın zamanda təşkil olunacaq.

Axar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bununla bağlı şəhid ailələrinə əlavə məlumat veriləcəyini də bildirib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb. Bunlardan 9 nəfəri hərbiçi, 1 nəfəri isə mülki şəxsdir: Seyfulla Veytulla oğlu Tahirov, Əbülfət Sabir oğlu Atamoğlanov, Təhsil Fikram oğlu Hacıyev, Vüqar Habil oğlu Əsədov, Əhməd Tahir oğlu Babaşov, Cahangir Məmi oğlu Xələfov, Cahid Şəfa oğlu Nağıyev, Elmar İnqilab oğlu Məmmədov, Veysəl Qasım oğlu Qasımov, Riad Fikrət oğlu Əhmədov.

Tarix
2023.09.18 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla