Yuxarı

İlham Əliyev Pakistanın səfirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin etimadnaməsini qəbul edib.

Səfir Xalid Usman Qayser fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xalid Usman Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi. Əlaqələrimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev bunun regional əməkdaşlıq baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirdi.

Səfir Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd etdi ki, əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. Səfir Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman Qayser Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin sənaye, hərbi-texniki əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi ("President.az").

Tarix
2014.02.01 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla