Yuxarı

Xankəndidə “darama əməliyyatı” mütləqdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Azərbaycan, nə də Rusiya Müdafiə Nazirliyi bölgənin tamamilə terrorçulardan təmizlənməsini təsdiq edib. Verilən bəyanatların əhalidən silahların yığılması və ələ keçirilən silah anbarları haqqında olduğunu görürük.

Bu sözləri Axar.az-a dünən Xankəndidə Rusiya-Azərbaycan birgə patrulunun naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulması haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

O, darama əməliyyatının labüd olduğunu vurğulayıb:

“Ayrı-ayrı silahlıların meşələrdə, mağaralarda, dağlıq ərazilərdə mövcud olan digər növ sığınacaqlarda, evlərin damlarında, zirzəmilərdə gizlənməsini, silah saxlamasını, müəyyən zamanda və məhdud görmə şəraitində fürsətdən faydalanaraq atəş açmasını istisna etmirik. Fikrimcə, yaxın bir həftə ərzində bütün evlərin və mümkün sığınacaq yerlərinin baxışdan keçirilməsi yekunlaşacaq. Vəziyyətdən yeganə çıxış yolu yenidən nəzarətimizə keçən ərazilərdə darama əməliyyatının həyata keçirilməsi və mümkün müqavimət ocaqlarının zərərsizləşdirilməsidir”.

Tarix
2023.10.03 / 13:19
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla