Yuxarı

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

Bakıda Rusiya və Almaniya siyasətçilərinin daha bir məxfi görüşü baş tutub. Görüşdə Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra rəsmi olaraq fəaliyyətini dayandıran “Peterburq dialoqu”nun gələcəyi müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın ARD televiziyası və "Die Zeit" qəzeti məlumat yayıb.

"Almaniyadan Azərbaycan paytaxtına Sosial Demokrat Partiyasının xarici siyasət üzrə eksperti Ralf Şteqner, xüsusi işlər üzrə federal nazir Ronald Pofalla, Şimali Reyn-Vestfaliya hökumətində keçmiş federal və Avropa işləri üzrə nazir, xristian demokrat Stefan Holthoff-Pförtner, həmçinin "Peterburq dialoqu"nun keçmiş icraçı direktoru Martin Hoffman gəlib. Onların heç biri iclasda iştirakını inkar etməyib, onun özəl xarakter daşıdığını və heç bir dövlət qurumunun sifarişi və ya maliyyələşdirməsi olmadığını vurğulayıb.

Almaniya XİN-i də görüşlərin federal hökumət adından keçirilmədiyini və ya planlaşdırılmadığını bildirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, iclasda Rusiyanı “Qazprom”un Müşahidə Şurasının sədri Viktor Zubkov təmsil edib:

“Zubkov uzun müddət Rusiya tərəfdən "Peterburq dialoqu"na rəhbərlik edib. Onu Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev müşayiət edib. Bu, ən azı üçüncü belə görüşdür. Sonuncu dəfə oxşar tərkibdə nümayəndə heyəti 2024-cü ildə Bakıda iki dəfə görüşüb".

Tarix
2025.05.09 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla