Yuxarı

“2016-cı il Ermənistana baha başa gələcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“2016-cı il Ermənistana baha başa gələcək”

Qarabağla bağlı vəziyyət 2016-cı ildə də bu şəkildə davam edərsə, Ermənistanın daxili siyasi durumu çox pis qarışacaq.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Onun sözlərinə görə, Qarabağ istiqamətində prezidentlərin görüşünü təşkil edən tərəflərin sayı artdıqca real dəyişikliklərə səbəb olan amillər azalır:

"Bu, onunla əlaqədardır ki, sanki görüşü təşkil edən tərəflər yarış keçirirlər. Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ABŞ tərəfindən Nüvə sammitində təşkil ediləcək. Berndən sonra istər Minsk, istərsə də Vaşinqton görüşü olsun, heç bir nəticə verməyəcək. Çünki bu görüşlər sadəcə görüş xətrinə keçirilir. Ancaq önəmli bir məsələ var ki, cəbhə xəttində vəziyyət gərginləşir. Artıq iri çaplı silah-sursatdan istifadə hərbi münaqişə ehtimalını artırır. Çünki Ermənistan tərəfi Azərbaycanı məcbur edir ki, daha sərt addımlar atsın. İrəvanın vəziyyəti olduğu kimi saxlamaq istəyi ona baha başa gələcək. Əgər belə vəziyyət 2016-cı ildə də davam edərsə, bu, Ermənistanın daxili, siyasi durumuna çox pis qarışacaq. Ölkədə aksiya və narazılıqlar yenidən qaçılmaz ola, 2015-ci ildəkindən fərqli olaraq daha genişmiqyaslı hal ala bilər".

Tarix
2016.01.12 / 09:34
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla