Yuxarı

İlhamə Quliyevanın oğlu həbs edildi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:56

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar.

Musavat.com-un məlumatına görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Yaxın saatlarda saxlanılanlar barəsində hansı tədbirlərin görüləcəyi məlum olacaq.

***

Xalq artisti İlhamə Quliyeva oğlunun saxlanılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

İ.Quliyeva Axar.az-a açıqlamasında xəbərlərin doğru olmadığını bildirib:

"Bunlar mənim düşmənlərimin yaydığı şayiələrdir. Oğlum Orxan yanımdadır, hər şey yaxşıdır. Belə şeylərə inanmayın".

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

"Ekstazi işi"nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlınin, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.

İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.

Tarix
2016.01.14 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla