Yuxarı

Ukrayna Azərbaycandan məhsul idxalında maraqlıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycandan tropik meyvə tədarükü üçün logistika mərkəzlərinin yaradılması imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatında görə, bunu "AZERNEWS"a müsahibəsində Ukraynanın Azərbaycanda səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Vadim Sidyaçenko deyib.

Sidyaçenko deyib ki, xurma, əncir, sitrus meyvələrinin, qoz və fındığın Azərbaycandan Ukraynaya tədarükü üçün, regional logistika mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilir: "Biz bu məsələdə maraqlıyıq, çünki biz hər zaman Azərbaycan ilə ticarət münasibətlərini inkişaf etdirmişik, aramızda azad ticarət rejimi fəaliyyət göstərir".

Həmçinin şöbə rəhbəri bildirib ki, ölkələr arasında birgə turizm də inkişaf etdirilir: "Biz azərbaycanlıların Ukrayna kurortlarına səfər etməkləri üçün, xüsusi ilə də Truskavets və Zakarpatye kürortlarına, birgə turizm xidmətlərini də inkişaf etdiririk. Eyni zamanda, biz ukraynalıların Azərbaycana daha çox səfər edib, ölkəni daha da çox kəşf etməklərini istəyirik. Bakı xəzər Dubayı, dağ kurortları, dəniz, qış və yay turizmi deməkdir".

Sidyaçenko həmçinin bildirib ki, mart ayında hökumətlərarası birgə komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur: "Dekabr ayının əvvəlində Ukraynanın baş nazirinin müavini Gennadi Zubko prezident administrasiyasının başçısı Boris Lojkinlə birgə Bakıya səfərləri nəticəsində hökumətlərarası birgə komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Aprel-may aylarında isə Bakıya Ukraynanın Prezidenti Petr Poroşenkonun səfəri gözlənilir".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında görə, Ukrayna və Azərbaycan arasında 2015-ci ilin yanvar-noyabr aylarında əmtəə dövriyyəsi 302,47 milyon dollar təşkil edib. Onlardan 283,65 milyon Ukraynadan idxalın üzərinə düşür.

Tarix
2016.01.17 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla