Yuxarı

Zəngəzur mövzusu bağlanır: Nikolu tora saldılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan əvvəllər Türkiyə və Azərbaycanın onu blokadaya saldığını və bu blokadada boğulduğunu deyirdi. Münaqişə bitdikdən sonra Azərbaycan reallaşdırdığı Zəngəzur layihəsinə Ermənistanı da daxil etmək istədi. Lakin Ermənistan uzun müddət buna razılaşmadı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, müəyyən dövrlərdə İran bu layihə ilə bağlı xeyli əngəllər də yaradırdı:

“Sonra Ermənistan İranla eyni mövqedən çıxış etdi. Nəticədə, gördüyümüz kimi, dəhliz Ermənistandan yox, İrandan açılır. Bu fakt üzə çıxandan sonra Nikol Paşinyan ardıcıl açıqlamalara başlayıb. Lakin onların yenə də problemləri var. Bu problemlər Rusiya ilə bağlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə, yolun təhlükəsizliyi Rusiya sərhəd qüvvələri tərəfindən təmin edilməlidir. Ermənistan isə yolun açılacağı təqdirdə ərazi bütövlüyünə xələl gətirə biləcək addımların atılmamalı olduğunu deyir. Yəni sərhəd və gömrük xidmətinin Ermənistanın sərəncamında olmasını istəyir. Bu, Rusiya və Ermənistanın problemidir, Azərbaycana heç bir aidiyyəti yoxdur”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın tərəddüdləri Azərbaycanı İran ərazisindən keçən yola diqqət yetirməyə vadar etdi:

“Bu barədə razılaşma var. Hətta təməlqoyma mərasimi də keçirilib. Bundan dərhal Paşinyan oyuna düşdüyünü və uduzduğunu anladı. Nikol Paşinyan və onun komandası hərdəmxəyal insanlardır. Onlar bu məsələnin perspektivlərini görməyi bacarmalıydılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Buna görə də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması üçün İran İslam Respublikası ilə razılıq əldə olunub.

Tarix
2023.10.27 / 08:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

Tramp İran xalqını təriflədi, Tehrana xəbərdarlıq etdi

ABŞ siyasətçisi Baydenin erməni oyununu ifşa etdi

Paşinyanı sakitləşdirin, yoxsa... - Lukaşenko

Paşinyanın Bakıdakı məhkəmə ilə bağlı iddiasına - XİN-dən cavab

Ərdoğan öz ad günündə Xocalıya gələcək…

XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Avstraliya general-qubernatorunu təbrik etdi

Əsas Bakı və Ankara ilə əlaqələrdir - Georqobiani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla