Yuxarı

Paşinyandan Qarabağla bağlı üç etiraf...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ölkənin Müstəqillik Bəyannaməsi haqqında danışarkən, ölkəsi və Azərbaycan arasında Qarabağ üzərində yaranmış münaqişə barədə bir sıra etiraflar edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Ekspert baş nazirin məsələ ilə əlaqədar üç etirafına diqqət çəkib:

“Nikol bəyannaməni dövlətçilik ideyası ilə müqayisə elədi. Onun SSRİ-nin onilliklər boyu ermənilərin beyinlərinə yeritdiyi sosial-psixoloji ideya nəticəsində formalaşan (separatçı) “Qarabağ” hərəkatının təsiri altında yarandığını bildirdi. Beləliklə, müstəqilliyin əsasının xalqımızın azadlıq iradəsi yox, Moskvanın düşünülmüş planı olduğunu bəyan elədi.

Paşinyan “Qarabağ” hərəkatının SSRİ-nin təhrik etdiyi layihə olduğuna eyham vurdu. Onun fikrincə, SSRİ kitablar, filmlər və tamaşaları ilə bizə “nümunəvi vətənpərvərlik” aşılayıb, bu da hərəkat və bəyannamənin ortaya çıxmasına səbəb olub. Paşinyana görə, “Qarabağ” hərəkatı SSRİ-nin planlaşdırılmış oyunu idi.

Həmçinin baş nazir etiraf etdi ki, 44 günlük müharibənin qarşısını ala bilərdi, amma bunu etməyib. Onun sözlərinə görə, müharibədən qaçmağın yeganə yolu kompromisə getmək idi, amma o, müharibənin kompromisdən daha az müstəqilliyi təhdid etdiyini deyərək, bu yoldan imtina edib”.

Surenyants Paşinyanın etiraflarını Ermənistan üçün “təhlükəli” adlandırıb.

Tarix
2025.08.23 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində... – Səfir

Bayramov Lavrovla danışdı: Həştərxandakı iclas...

İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta

Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...

Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran

Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi

Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla