Yuxarı

Moskvada saxlanılan Markaryanı 5 ilə qədər həbs gözləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada saxlanılan Markaryanı 5 ilə qədər həbs gözləyir

2025.08.23 - 19:10

Moskva vilayətində erməni bloger Arsen Markaryan vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, o, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi üzrə cinayətdə şübhəli bilinir. İstintaqın versiyasına əsasən, Markaryan 25 fevralda məhdudiyyətsiz auditoriya üçün təhqiramiz məzmunlu video yayıb.

Yanvarın sonunda Moskva prokurorluğu bildirib ki, Markaryanın sözlərində terrorizmə çağırışlar aşkarlanıb. Nəzarət orqanı yoxlama apararaq materialları istintaq orqanlarına göndərib və onlar bloqer barəsində cinayət təqibi məsələsini həll etməli olublar. Qeyd olunub ki, Markaryan "terrorizm ideologiyası və praktikasının düzgünlüyü barədə möhkəm mövqe formalaşdırıb".

Markaryan qalmaqallı müsahibələri ilə tanınıb. O, çıxışlarında dəfələrlə qadınlara qarşı nifrətamiz fikirlər səsləndirib, qadınların kişi ilə müqayisədə fiziki və intellektual baxımdan zəif olduğunu iddia edib. Bunun fonunda sosial şəbəkə istifadəçiləri ona “Mizogimli” ləqəbini veriblər – bu, “mizoginiya” (qadın düşmənçiliyi) sözünə və “Üzüklərin hökmdarı” romanındakı cırtdan qəhrəman "Gimliyə" işarə edir.

***

Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə təqsirləndirilən bloger Arsen Markaryanı 5 ilə qədər həbs gözləyir.

Bu barədə Rusiyanın İstintaq Komitəsinin məlumatında bildirilib.

Komitə onu Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsində (Kütləvi informasiya vasitələrindən və ya informasiya və telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə törədilən Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə) cinayət törətməkdə ittiham edir.

Tarix
2025.08.24 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla