
Xarkovda ardıcıl partlayışlar baş verdi
01:36
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Vyetnam hökuməti "Kajiki" qasırğasının yaxınlaşması səbəbindən 586 mindən çox insanın təxliyə edilməsi barədə tapşırıq verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda dənizdə küləyin sürəti 166 km/saata çatır.
Sinoptiklər küləyin sürətinin daha da artacağını gözləyirlər.
Ölkənin mərkəzində yerləşən Thanhhoa, Quanqçi, Hue və Dananq əyalətlərinin sakinlərinə evlərini tərk etmək barədə əmr verilib.
Aviareyslər ləğv edilib və qayıqlara dənizə çıxmamaq tapşırılıb.
Hazırda qasırğanın Çinin Haynan vilayəti ərazisində tüğyan etdiyi bildirilir.
Tarix
2025.08.24 / 22:25
|
Müəllif
Axar.az
|