Yuxarı

Yeni tikililərin sənəd problemi niyə həll edilmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər iki məsələ təcili həll edilməlidir.

Bunu Axar.az-a deputat Məlahət İbrahimqızı sənədləşməyən qanunsuz tikililərin sökülməsi və yeni binalarda yaşayanların hələ də mənzil şəhadətnaməsi ala bilməmələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, ölkə başçısı bir neçə il qabaq aidiyyəti icra strukturlarına müvafiq tapşırıqlar verib:

"Milli Məclisdə bu məsələyə baxılıb. Ona görə də həm Bakıda, həm bölgələrdə problem tezliklə həllini tapmalıdır. Bu məsələ həllini tapmayınca ciddi problemlər yaranır. Bəzi laqeyd məmurlar onların gözü qabağında tikilmiş evləri sökdürür. Bu da ciddi sosial narazılıq doğurur".

Deputat həmin evlər tikilərkən aidiyyəti qurumların niyə susduğunu da sual edib:

"Yeni tikilən binalara gəlincə, bu mənzillərdə də sənədləşmə aparılmayıb. Bəs niyə bu mənzillərdə yaşamağa icazə verilir? Sahibkarla aidiyyəti strukturlar arasındakı məsələnin vətəndaşa aidiyyəti yoxdur. Odur ki, məsələ həllini tapmalıdır".

M.İbrahimqızı "Dostluq parkı"nda onlarla villanın söküldüyünü xatırladıb:

"Bu villalara milyonlarla vəsait xərclənmişdi və həmin pullar havaya uçuruldu. Bəzən belə işləri vətəndaşlara izah etmək çətin olur".

Tarix
2016.01.18 / 13:46
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla