Yuxarı

Prezident ləğv olunacaq qurumlardan danışdı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident ləğv olunacaq qurumlardan danışdı – Şərh

Prezidentin dünənki müşavirəsi yeni, ən vacib qərarların alınmasına xidmət edir və hökumətin üzərinə daha qısamüddətli, təxirəsalınmaz vəzifələr qoyur.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc danışıb. Deputat bildirib ki, dövlət başçısının dünənki müşavirədə qarşıya qoyduğu məsələlər kifayət qədər mühüm iqtisadi xarakterlidir və bu, sosial, maliyyə proseslərini uğurla aparmağa imkan verəcək:

"Mühüm özəlləşmə proqramının qəbulu istiqamətində addım atılacaq. Bu o deməkdir ki, dövlət bir sıra sahələrdəki öhdəliyinə yenidən baxacaq. Mühüm səhmdar cəmiyyətlər var ki, dövlətin səhm paketi orada 51 faizə qədərdir, ancaq dövlət büdcəsindən ayrılan subsidiyalar kifayət qədər böyükdür, onların ağırlığını belə bir dövrdə büdcə vəsaitləri hesabına daşımaq uyğun olmazdı.

İkincisi, özəlləşmə imkan verəcək ki, rəqabət prosesi və sahibkarlıq fəaliyyəti daha da güclənsin.

Üçüncüsü, kredit öhdəliyi altında olan insanlarla bağlı Mərkəzi Bank və Maliyyə Nazirliyi məzənnə fərqinin aradan qaldırılmasının başqa bir formada hökumət tərəfindən qarşılanması ilə bağlı addım atmağa hazırlaşır. Hesab edirəm ki, bu, vətəndaşların banklara inamını bərpa edəcək.

Dördüncü, dövlət başçısı bir daha dilə gətirdi ki, bir sıra lazımsız qurumlardan azad olmağın vaxtıdır. Bunlar təxminən bəllidir. Müasir dövrdə rentabelliyi olmayan qurumu saxlamağın bir adı yoxdur. Əminəm ki, çox yaxın zamanda hökumətin optimal tərkibi onun çevik, işlək modelini formalaşdıracaq".

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Tarix
2016.01.19 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla