Yuxarı

BƏM-in bu qərarı İrəvana zərbədir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏM-in bu qərarı İrəvana zərbədir - Ekspert

Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarını Qərbdəki ermənipərəst qüvvələrə zərbə kimi qiymətləndirə bilərik. Çünki qərarda mahiyyət etibarilə Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiq edildi. Qərarda könüllü şəkildə Qarabağı tərk edən ermənilərin istədikləri zaman oraya qayıda bilməsinə şərait yaradılmasının önəmi vurğulanıb. Onların hüquq və təhlükəsizlikləri məhz Azərbaycan tərəfindən təmin edilməlidir. Yəni burada hansısa beynəlxalq müşahidəçi və missiyadan söhbət getmir. Qərarın təsiri həm ABŞ, həm AB diplomatları, eyni zamanda Toivo Klaarın son müsahibəsində özünü göstərib.

Bu sözləri Axar.az-a AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın erməni mətbuatına müsahibəsi zamanı ermənilərin Qarabağa qayıtması haqqında səsləndirdiyi fikirlər barədə danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi artıq üç ildir ki, dövlətimizin öz üzərinə məsuliyyət götürməyə hazır olduğunu beynəlxalq səviyyədə bəyan etdiyini vurğulayıb:

“Azərbaycanın üzərinə hansısa xüsusi öhdəlik qoyulmur, hər şey istəkdən asılıdır. BƏM-in qərarında hərəkət azadlığının təmini, eyni zamanda hüquqların və təhlükəsizliyin qorunması öhdəliyi ancaq Azərbaycanın üzərinə qoyulur. Sözügedən istiqamətdə qeyd olunan bir çox məsələni qərardan əvvəl dövlətimiz öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Yəni Azərbaycanın üç ildir dediklərini indi bunlar öz sözləri kimi təkrarlayırlar. Yəqin ki, bu da Qərb diplomatiyasının xüsusiyyətlərindəndir”.

Tarix
2023.11.21 / 14:41
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla