Yuxarı

İlham Əliyev: "Biz Azərbaycanı əvəzolunmaz..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: "Biz Azərbaycanı əvəzolunmaz..."

Biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu və bununla bağlı tədbirlərin icra edildiyini də diqqətə çatdırıb.

Keçən il demokratik inkişaf istiqamətində önəmli addımların atıldığını, ölkəmizdə siyasi və iqtisadi islahatların demokratik inkişafla paralel aparıldığını vurğulayan dövlətimizin başçısı parlament seçkilərindən də danışıb, seçkilərin şəffaf, ədalətli keçirildiyini və xalqın maraqlarını əks etdirdiyini bildirib. Ötən il ölkəmizin iqtisadi inkişafının təmin olunduğunu söyləyən Azərbaycan Prezidenti qeyri-neft sənayesinin 8,4 faiz, kənd təsərrüfatının 6,6 faiz artdığını deyib, enerji sektorunda, xüsusilə də "Cənub" qaz dəhlizinin icrası ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

"Biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk", - deyən Prezident İlham Əliyev artıq Asiyadan Avropaya və yaxud əksinə daşınan yüklərin Azərbaycan ərazisindən keçdiyini, ötən il bütün sosial proqramların icra olunduğunu bildirib, qarşıdakı dövrdə heç bir sosial layihənin ixtisar olunmayacağını vurğulayıb.

Tarix
2016.01.26 / 20:41
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla