Yuxarı

Bakı ilə Sofiya arasında növbəti məsləhətləşmələr oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə Sofiya arasında növbəti məsləhətləşmələr oldu

Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tixomir Stoyçev rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib.

İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib.

İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bolqarıstan Respublikasına səfəri zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, habelə Bolqarıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri xanım Maria Qabriel, Bolqarıstan Respublikası Xalq Məclisinin Xarici siyasət komitəsinin sədri Boyko Borissov və Bolqarıstan Respublikası Baş nazirinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri cənab Draqomir Zakov ilə görüşlər keçirib.

Tarix
2023.12.02 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla