Yuxarı

İlham Əliyev baş katibi qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev baş katibi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkəmizin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd edib.

Dövlət başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu deyib. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib Xəlil İbrahim Akça rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.01.28 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla