Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Zakir Həsənov: "Bir daha sübut etdik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib.

Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb.

Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib.

"Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcəkdir. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcəkdir. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir", - deyə Müdafiə naziri əlavə edib.

Sonda general-polkovnik Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Tarix
2016.01.28 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla