
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi
10:08
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət irəliləyişləri və sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb.
Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib və bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də bütün Qafqazda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib.
Tarix
2023.12.09 / 22:59
|
Müəllif
Axar.az
|