Yuxarı

Nazir Qobustan sakinləri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Qobustan sakinləri ilə görüşdü - Foto

Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 28-də Qobustan rayon Gənclər Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.

Axar.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən nazir qlobal iqtisadi böhranın yaşandığı bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən və sabit inkişafından bəhs edib.

Xalqımızın rifahı və gələcəyi naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayan nazir ölkə başçısının verdiyi tapşırıqlara əsasən məqsədyönlü islahatların həyata keçirildiyini, respublikamızın sosial-iqtisadi inkişafına mane olan amillərin aradan qaldırıldığını, anti-böhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və s. işləri qeyd edib.

Görüşdə həmçinin korrupsiya hallarının aradan qaldırılması üzrə dövlət başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.

Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, habelə insanlarının rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Çıxış edən ictimaiyyət nümayəndələri Prezidentin dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər antiböhran tədbirlərini alqışladıqlarını söyləyərək ölkəmizdəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılığını bildiriblər.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2016.01.28 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla