Yuxarı

Qərbin İranla böyük oyunu: Seçkilərdən sonra…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin İranla böyük oyunu: Seçkilərdən sonra…

Qərblə İran arasında müşahidə olunan canlanma nikbinliklə bərabər, həm də suallar doğurur.

Bu barədə Axar.az-a politoloq Tofiq Abbasov açıqlamasında deyib. Onun sözlərinə görə, İranın Qərblə münasibətlərindəki yeni mərhələ regiondakı vəziyyətə və qlobal geosiyasi duruma köklü dəyişiklik gətirəcək:

"Belə gedişat müəyyən mənada qarşıdurma meyillərini bir qədər yüngülləşdirəcək. Lakin Qərb-İran xəttində qeydə alınan stabilləşmənin nə qədər davamlı olması bir qədər müəmma doğurur. Çünki Amerika və Avropa siyasi dairələrində bəzi qruplar Tehranla münasibətlərin bərpasından heç də məmnun deyillər. Bir çox məsələlərə aydınlıq Amerikada keçiriləcək prezident seçkilərindən sonra gələcək. Ona görə də İranın siyasi dairələri bir qədər ehtiyatlı davranırlar. Çünki ehtimal olunan risklər onlar üçün əhəmiyyət kəsb edir".

Politoloq hesab edir ki, Tehran bölgədə və ümumiyyətlə qlobal müstəvidə apardığı siyasəti heç bir tərəflə müzakirə etmədən həyata keçirməkdə israrlıdır:

"Fransa, İtaliya və digər dövlətlərlə əldə edilən razılaşmaları İranda indi münasibətlərin bərpası kimi qəbul edirlər. İslam Respublikasının siyasətini şərtləndirən yalnız milli prioritetlərdir. Məhz bu səbədən də Qərb açıq bəyan edir ki, İrana təzyiqləri dayandırmaq düzgün deyil. Onların təbirincə, İrana müstəqil siyasət yeritməyə imkan vermək olmaz. Çünki bu ölkə Qərb asılılığından azad ola bilər. Bu səbəbdən də Qərblə İran arasındakı canlanma nikbinliklə bərabər, həm də suallar doğurur. Maraqlıdır, Tehran əzəli rəqibləri ilə hansı həddə qədər həmahəng gedə biləcək?.."

Tarix
2016.01.30 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla