Yuxarı

Türkiyə dəmir yollarını Zəngəzur dəhlizinə qədər genişləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dəmir yolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndirəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.

Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-İğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryol xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus Naxçıvan Dəmir Yolları MMC də gələn il yanvarın 1-dən yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə dəmiryol infrastrukturunu müasir standartlara cavab verəcək şəkildə yenidən quracaq.

Tarix
2023.12.15 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla