Yuxarı

Milli Məclisin komitələri yenidən formalaşdırılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisin komitələri yenidən formalaşdırılacaq

Milli Məclisin 10 komitəsi yenidən formalaşdırılacaq.

Report-un xəbərinə görə, komitələrin yenidən formalaşdırılması parlamentin Daxili Nizamnaməsinə edilən dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda Milli Məclisin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi.

Bundan sonra bir neçə deputat parlamentin iki komitəsində təmsil olunacaq.

Belə ki, Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olacaqlar.

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyev Səhiyyə komitəsinin tərkibinə daxil ediləcəklər.

Komitələrin yenidən formalaşdırılması məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

Tarix
2016.01.30 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla