Yuxarı

VHP M.Ə.Rəsulzadəni andı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
VHP M.Ə.Rəsulzadəni andı

Fevralın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının Akt zalında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu" mövzusunda tədbir keçirilib.

"Axar.az" xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak edib. Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının sədri İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, aparıcı gənclər təşkilatının üzvləri və tanınmış ziyalılar da qonaqlar arasında olub.

Tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı Rəsulzadənin Azərbaycan tarixindəki rolundan və onun gənclər üçün əhəmiyyətindən danışıb:

"Rəsulzadə ideologiyadır. Bu dövlətin özünə də ideologiya lazımdır. Dövlətin üstünə getmək lazım deyil, onun bu dəyərə sahib çıxmasını təmin etmək lazımdır. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir".

Tədbirdə çıxış edən Müsavat başqanı Rəsulzadənin Müsavat və ADR qurucusu olmasından və dövlətçilik ənənələrindən danışıb:

"Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir".

Tarix
2014.02.04 / 16:32
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla