Yuxarı

Millət vəkili hökumətə səsləndi - Sosial yardım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili hökumətə səsləndi - Sosial yardım

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında kredit götürən və övladı ödənişli ali təhsil alan ailələrin ünvanlı sosial yardımının kəsilməməsi təklifi ilə çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili bu gün Milli Məclisin iclasında rayonlarda, kəndlərdə seçicilərlə görüşdə onların qaldırdığı çox vacib bir məsələ ilə bağlı narahatlığını ifadə edib.

Q. Paşayeva deyib ki, ünvanlı sosial yardım alan ailələrə kredit götürən zaman yardımın kəsilməsi doğru deyil:

"Axı bu ailə varlanmır, tam əksinə, borcu daha da artır. Verilən yardımın kəsilməsi həmin ailələri daha da ağır vəziyyətə salır. İkincisi, ünvanlı sosial yardım alan ailələrin övladları ali məktəbə ödənişli əsaslarla qəbul olunduğu halda həmin ailəyə verilən yardım niyə kəsilməlidir? Axı o yardım kəsilsə, həmin ailə övladını ali təhsil arxasınca göndərə bilməyəcək. Bu iki məsələnin ünvanlı sosial yardımın verilməsi zamanı ləğv edilməsi lazımdır. Cənab Prezidentin aztəminatlı ailələrə daha çox diqqət və qayğının göstərilməsi ilə bağlı göstəriş və tapşırıqları bu məsələnin həllini tapacağına dair inamları artırıb. Ona görə də mən Milli Məclisi, hökuməti və müvafiq qurumları bu məsələnin həllinə çağırırıram. Çox sayda insanımız bunu gözləyir".

Tarix
2016.02.01 / 15:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla