Yuxarı

Aydın Əliyev BMT rəsmisi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Əliyev BMT rəsmisi ilə görüşdü - Foto

Fevralın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə sədri Aydın Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlıqdan, bu təşkilatın keçirdiyi treninqlərdə Azərbaycan Gömrük Xidməti əməkdaşlarının iştirakından söhbət açıb, əlaqələrin perspektivlərindən danışıb.

DGK sədri, eyni zamanda, 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini deyib, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən bəhs edib.

Birgə gerçəkləşdirilən layihələrin, bütövlükdə, BMT İnkişaf Proqramının Dövlət Gömrük Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A.Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Asiya və Sakit okean üzrə BMT İqtisadi Komissiyasının icraçı katibi Şamşad Axtar rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın perspektivləri barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.02.02 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla