Yuxarı

Bakı 4 kəndi tələb edir: biz isə 32 kənd… - Nikol yenə “oynayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun Yeni Bəyaziddə (indiki Qavar) keçirilən iclasında deyib.

“Başkənd 30 ildir ki, Azərbaycanın işğalı altındadır. Biz deyirik ki, kənd öz doğma limanına qayıtsın? Bəli, deyirik. İki variant var. Bizim sərhəd xəttimiz var və bu sərhəd xəttindən kənarda yerləşən eksklav Ermənistan Respublikasının yurisdiksiyasına qayıtmalıdır. Lakin bunun üçün praktik olaraq biz anlamalıyıq ki, bu eksklavın sərhədi harada məhdudlaşır; bu onun sərhədini dəqiqləşdirməliyik ki, prosesi təşkil edə bilək. Başkəndin sahəsi nə qədərdir? Yerdə heç bir xətt yoxdur – bu xətti çəkmək lazımdır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”, - Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan “32 kənd məsələsi” ilə sadəcə olaraq manipulyasiya edir. “32 kənd” dediyi ərazilər işğal olunmayıb, sadəcə, “nəzarət edilir” ki, bu da heç bir halda mübahisə predmeti ola bilməz. Yüksəkliklər Azərbaycan ərazisidir və əgər bu erməni kəndləri Azərbaycana aid yüksəkliklərin yaxınlığında yerləşirsə, bunun eksklavların qaytarılmasına hansı aidiyyəti və ümumiyyətlə, nə müzakirəsi ola bilər?

Görünür, Paşinyan yenə də vaxtilə Şuşada etdiyi kimi, “oynamağa” başlayıb – ancaq bu dəfə siyasi müstəvidə.

Tarix
2024.01.13 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla