Yuxarı

Xəritə Parisdədir: Nikolla Makron ona baxa bilər - Hüseynov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəritə Parisdədir: Nikolla Makron ona baxa bilər - Hüseynov

Sərhədin delimitasiyası 1918-1920-ci illərə aid xəritələrlə aparıla bilər.

Bu sözləri Axar.az-a Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Gevorq Papoyanın delimitasiyanın aparılacağı xəritələr haqqında sözlərini şərh edən Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi qeyd edib ki, Papoyan da müstəqillik dövrünə aid xəritələrin daha ədalətli olduğunu dərk edir:

“Yəni yalnız Azərbaycan Xalq Cümhuriyyəti və Ararat Respublikası (ermənilər özləri dövləti Ermənistan Respublikası adlandırır, lakin onu daşnaklar qurmuşdu və adı Ararat idi – R.H.) dövründəki xəritələrlə işi aparmaq mümkündür. Ararat Respublikasının ərazisi 9 min kvadrat kilometr olub. Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris Sülh Konfransının nəticəsi kimi həm dünya dövlətləri, həm də Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlər müəyyənləşdirildi. Hazırda bu xəritə konfransın keçirildiyi Versal sarayının muzeyində saxlanılır. Papoyan və Paşinyan Makronu yanlarına alıb, gedib orada xəritəyə baxa bilərlər. Həmin xəritəyə görə, Zəngəzur, Göyçə və ətrafındakı mahallar Azərbaycanın ərazisi olub. Əgər Ermənistan boyun qaçırmasa, delimitasiya işinin həmin xəritələr ilə aparılması istiqamətində prosesin inkişafı mümkündür”.

Xatırladaq ki, Papoyan dünənki çıxışı zamanı sərhədin Ermənistan və Azərbaycanın müstəqil dövlət kimi, yaxud da SSRİ daxilində müəyyən sərhədlərə sahib ölkə kimi mövcud olduğu xəritələrlə çəkilə biləcəyini deyib.

Tarix
2024.01.17 / 10:41
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla