Yuxarı

Bakıda iki solçu gənc həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki solçu gənc həbs edildi

Nəsimi rayonunda kirayədə yaşayan Ayaz Şirinov və Seymur Ələkbərov adlı iki solçu gənc polislər tərəfindən saxlanılıb.

"Axar.az"ın məlumatına görə, dünən yeddi nəfər polis əməkdaşı A.Şirinov və S.Ələkbətovun müvəqqəti yaşadıqları mənzilə gələrək, axtarış orderi təqdim etmədən evdə axtarış aparıblar. Daha sonra isə gəncləri Nəsimi rayon 19-cu polis bölməsinə aparıblar.

Məlumata görə, evdə olan sol yönümlü kitablar və sol hərəkatı inqilabçılarının şəkilləri müsadirə olunub.

Gənclərin izahatı alındıqdan sonra buraxılsalar da, bu gün yenidən polis bölməsinə gəlmələri tələb olunub.

Hazırda sözügedən gənclər polis bölməsindədir.

Nəsimi Rayon İdarəsinin 19-cu polis bölməsindən əməkdaşımızın sualına cavab verməkdən imtina ediblər və gənclərin polisə dəvət edilməsinin səbəbinə heç bir aydınlıq gətirməyiblər.

Tarix
2013.10.31 / 11:46
Müəllif
Sona
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla