Nazirliklə Fond arasında savaş başa çatır
Prezident İlham Əliyev yeni hökümətin tərkibini təsdiq etdikdən
sonra bir neçə məmur nazir postunu itirdi. Onların sırasında Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Əlkəkbərov da var.
Eks-nazirin yerinə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
rəhbəri Səlim Müslümov təyin edildi.
Bunu iki qurum arasındakı gizli savaşda Səlim Müslümovun
qələbəsi kimi də qiymətləndirənlər oldu. Fizuli Ələkbərov vaxtilə
nazirliyin tabeliyində olan idarənin müstəqil bir fond kimi
fəaliyyət göstərməsinə qarşı idi və istər-istəməz, eynifunksiyalı
bu qurumlar vaxtaşırı olaraq üz-üzə gəlməyə məcbur olurdular.
Yeni nazirin sərt kadr islahatları olacaq
Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin
ediləndən sonra ilk işi DSMF-də onunla işləmiş Əjdər Cəbiyevi
nazirliyə gətirmək oldu. Cəbiyev Elnur Kələntərovun yerinə Aparat
rəhbəri təyin edildi.
Cəbiyevin nazirliyə gətirilməsi təsadüfü deyil. Bu təyinat uzun
illlər naziriklə DSMF arasında gedən savaşın yeni mərhələsinin
başlanğıcından xəbər verir. İki qurum arasında gərginlər təbii
olaraq qurumlarda çalışan rəhbər işçilərin münasibətlərinə də təsir
edir. Beləliklə, Əjdər Cəbiyevin nazirliyin Aparat rəhbəri təyin
edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində yüksək
vəzifə tutan kadrların "vurulmasının" başlanğıcı kimi
dəyərləndirilməlidir.
Heç şübhəsiz ki, Səlim Müslümovun kadr islahatları bundan sonra
daha sərt olacaq.
Yeni nazirə sələfindən daha artıq etimad
Nəhayət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bu
quruma rəqib olan fondun rəhbəri Səlim Müslümov rəhbər təyin
ediləndən "nazirlik-Fond" qarşıdurması sona yetəcək və struktur
islahatı aparılacaqmı?
Ekspertlər bunu olduqca real hesab edirlər. Çünki Prezident
İlham Əliyev hələ də Sosial Müdafiə Fonduna sədr təyin etməyib.
Görünən odur ki, Səlim Müslümov yeni vəzifəsindəki köhnə kadrları
təmizləyəndən sonra Fondun Nazirliyə birləşdirilməsi prosesi
başlayacaq.