Yuxarı

Rafael Cəbrayılov Zahid Orucun fikirlərinə qarşı çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafael Cəbrayılov Zahid Orucun fikirlərinə qarşı çıxdı

"Suriyada vuruşanlar İslamın həmrəyliyini anlamır".

"Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Rafael Cəbrayılov Suriyada döyüşlərdə iştirak edən azərbaycanlılar haqqında deyib.

R.Cəbrayılov deputat həmkarı Zahid Orucun orada döyüşənlərin Azərbaycana geri qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsinə də münasibət bildirib və deyib ki, bu fikiri alqışlamır:

"Birincisi, sırf cinayət hüququ baxımından məsələyə yanaşsaq, bu, düzgün deyil. O insan gedib o hərəkəti Suriyanın ərazisində edib. Orada baş verən bir əmələ görə Azərbaycanda o insanın cinayət məsuliyyətinə cəlb etmək doğru deyil. Cinayət Hüquq Nəzəriyyəsi buna imkan vermir. Çünki ərazi prinsipi məsələsi var. Cinayət harada baş verirsə, o ərazinin cinayət qanunu tətbiq olunmalıdır.

İkinci tərəfdən, o insanlar gedib Suriyada vuruşub qayıtdıqdan sonra qəhrəman kimi qarşılanacağını düşünür. Bunların isti qarşılanmasının əleyhinəyəm. Çünki orada cihadla, dinə təcavüzlə bağlı heç bir şey yoxdur",– deyə, deputat söyləyib.

Suriyada gedən döyüşlərin, sadəcə, hakimiyyət və narazı xalq arasındakı konflikt olduğunu deyən Rafael Cəbrayılov belə olduqda digər ölkələrdən olan vətəndaşların bu məsələyə müdaxilə etməməli olduğunu bildirib.

Millət vəkili orada döyüşənlərin geri qayıtdıqdan sonra təhlükəli olub-olmayacağı barədə də danışıb və deyib: "Mən o fikirlə razıyam ki, orada vuruşan insanlar bura döndükdən sonra o enerjini burada çıxarmaq istəyəcək. Amma bunun qarşısını cinayət hüququ vasitələri ilə almaq düzgün deyil. Bu insanların ora getməsinin qarşısını almaq üçün ən yaxşı vasitə maarifləndirmədir. Ora gedənlərdən soruşsan, bəlkə cihadın nə olduğunu anlamır. Bu insanlara cihadın nə olduğu başa salınmalıdır".

Tarix
2014.02.06 / 11:13
Müəllif
Hüseyn
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla