Yuxarı

Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar

Bu gün Qarabağ Qaziləri, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları, Azərbaycan Vətən Müharibəsi Veteranları və Vətən Müharibəsi Əlilləri birliklərinin rəhbərləri Etimad Əsədov, Mehdi Mehdiyev, Füzuli Rzaquliyev, Firudin Məmmədov və fəal Qarabağ qazisi Rizvan Vəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olublar.

"Axar.az"a Qarabağ Qaziləri Birliyindən daxil olan məlumata görə, onları Səhiyyə nazirinin müavini Elsevər Ağayev və nazirliyin idarə rəisləri qəbul ediblər.

Qarabağ qaziləri dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar.

Görüşdə müharibə adamlarının həlli vacib problemləri və onların həlli yolları ətraflı müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələnləri edəcəklərini deyiblər.

Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə insanları ilə bağlı irəliləyiş olacağına inanırlar.

Tarix
2014.02.06 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla