Yuxarı

İran Ermənistana bunun üçün artıq yalvarır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda İranla hərbi və təhlükəsizlik istiqamətində yüksək səviyyəli saziş üçün təbliğat işləri getdikcə artır.

Axar.az xəbər verir ki, bu təbliğat fonunda xüsusilə İranın təsir dairəsində olan kəsimin fəallaşdığı görünür. Belə bir sazişi imzalamaq üçün rəsmi Tehranın necə cani-dildən çalışdığı və Ermənistan hakimiyyətini razı salmaq istədiyini ekspertləri də təsdiqləyir.

Belə ki, Qafqaz məsələləri üzrə iranlı ekspert Məcid Kərimi fevralın 20-də Tehranda “Regional və trans-regional təhdidlər fonunda İran və Ermənistanın milli təhlükəsizliyi” adlı seminarda çıxış edərək, Ermənistan və İran arasında Cənubi Qafqazda mövcud geosiyasi böhrandan çıxmaq və ümumi təhlükələri neytrallaşdırmaq üçün birgə müdafiə və təhlükəsizlik sazişi bağlamaq üçün tarixi imkan olduğunu bildirib. Bundan əvvəl isə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü, müxalifətçi Tiqran Abramyan İrana dəvət olunmuş, “bir sıra yüksək səviyyəli” görüşlər keçirmiş və bağlı qapılar arxasında müzakirələr aparmışdı. O, geri qayıdandan sonra İranın Ermənistanın təhlükəsizliyi üçün hərbi baxımdan hər şey etməyə hazır olduğunu elan etdi.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan erməni mediasına deyib ki, Ermənistan təhlükəsizlik arxitekturasını formalaşdırmalı, təhlükəsizliyimizdə maraqlı olan müttəfiq dövlətləri bu prosesə cəlb etməlidir. Bu müttəfiqlərdən biri də İrandır.

Voskanyan Məcid Kəriminin o sözləri təsadüfən demədiyinə də diqqət çəkib və vurğulayıb ki, Kərimi bu fikirləri bildirən yeganə adam deyil:

“İranda ekspertlər əsasən dövlətin mövqeyini ifadə edirlər - o sözləri ki, diplomatlar dilə gətirmir, amma masa arxasında müzakirə edirlər. Buna görə də hesab edirəm ki, bu, İran dövlətinin və yaxud ən azı dövlət siyasətini müəyyən etməyə qadir olan bir strukturun rəsmi mövqeyidir”.

Onun fikrincə, Ermənistanı regionda yalnız iki ölkə müdafiə edə bilər – birinci Rusiya, ikinci isə İran:

“Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir və bu, çox sadə bir vəziyyətlə bağlıdır - bir çox məsələlərdə Ermənistan və İranın maraqları üst-üstə düşür. Sözün daha geniş mənasında Ermənistan-İran sivilizasiya birliyi qurmaq olar. Və bu ideoloji himayə altında təhlükəsizlik, iqtisadi əlaqələr, mədəniyyət və təhsil sahələri ilə bağlı ayrı-ayrı komponentlər formalaşdırmaq mümkün olacaq.

Biz İranla əməkdaşlıq etməsək, əslində Azərbaycan-Türkiyə-İsrail-Pakistan düşmən ittifaqı ilə baş-başa qalırıq. Ermənistanın isə təkbaşına bu alyansa qarşı durmaq imkanı yoxdur”.

Tarix
2024.02.22 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Papikyan Fransaya silah almağa gedir – Rusiyaya “ötürəcək”…

Rusiya Ermənistana nələr ötürüb? – Bordyujadan etiraf

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov

Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər – Rus ekspert

Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?

15 gün sonra Tiflisdə ağrılı proses olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla