
Putin razılaşmasa, Tramp bu iki şirkətə sanksiya tətbiq edəcək
01:19
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyədə iyunun 1-dən bu günə qədər beş mindən artıq meşə yanğınına müdaxilə olunub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
İqlim dəyişikliyinə diqqət çəkən nazir bunun ən mühüm təzahürünün meşə yanğınları olduğunu, bu halın ərzaq təchizatı və təhlükəsizliyini də çətinləşdirdiyini deyib.
Qlobal istiləşmənin həmçinin su problemi yaratdığını diqqətə çatdıran nazir qlobal iqlim dəyişikliyinin Türkiyəyə çox təsir edəcəyini söyləyib:
“Əgər suya qənaət etməsək, böyük bir problemlə üz-üzə qalacağımız aydındır. Buna görə də bizim su ehtiyatlarımızı səmərəli şəkildə istifadə etməkdən başqa çıxış yolumuz yoxdur”.
Tarix
2025.08.15 / 22:27
|
Müəllif
Axar.az
|