Yuxarı

Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev "Foks Nyus” telekanalına müsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeyd edib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək:

“Bu, bir tərəfdən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası deməkdir. Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayırdı, quru əlaqənin bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesin inkişafı baxımından vacibdir.

Digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə, orta dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.

Bu, eyni zamanda türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə verəcək”.

Tarix
2025.08.15 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla