Yuxarı

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.

İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcunun olmasıdır.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid”, 10-PO-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- “Lx 600” markalı, AA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı YA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux” markalı, PZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056” markalı, JN dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio” markalı, PF və PZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, AT dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:

“Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması “Şərur” MTK-nın iş fəaliyyətinə mane olur”.

İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.

Məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: “Yalandır, əlimdə məhkəmə qərarı var”.

Tarix
2025.08.15 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla