Yuxarı

ATƏT PA-nın qış sessiyası başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA ) 23-cü qış sessiyası başlayıb.

Bu barədə Axar.az-a sessiyada iştirak edən ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev məlumat verib.

Millət vəkilinin sözlərinə görə, hazırda ümumi komitələrin birgə sessiyası keçirilir:

“Bundan sonra isə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi Komitənin iclasları keçiriləcək.

Azərbaycanla bağlı ayırıca məsələ gündəliyə salınmasa da, Prezident İlham Əliyevin müəyyən etdiyi - ölkəmizin xarici siyasətininin yeni prioritetləri barədə ATƏT PA-nı məlumatlandıracağıq. Bundan başqa iclaslarda bir sıra məsələri qaldırıb, müzakirəyə təqdim edəcəyik”.

Qeyd edək ki, iki gün davam edəcək sessiyada ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edir.

Tarix
2024.02.22 / 12:24
Müəllif
Valeh Dadaşov
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla