Yuxarı

FHN-də tikinti sahəsində yeni sistem yaradılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-də tikinti sahəsində yeni sistem yaradılır

Tikinti sahəsində elektrik enerji, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin alınması sahəsində problemlər var. Bu problemlər mərhələ-mərhələ həllini tapacaq.

APA-nın məlumatına görə, bunu bu gün tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, tikinti sahəsində yeniliklər çox vacibdir və qısa müddətdə bunun tətbiqi nəzərdə tutulur:

"Belə görüşlərin məqsədi odur ki, tikinti işlərinin sürətləndirilməsi üçün daha hansı işlərin görülməsini müəyyənləşdirək. Gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsi asanlaşdırılacaq. Əvvəllər tikinti şirkətləri tərəfindən binalar tikilmiş, qəbul aktları olmadan istifadəyə verilmişdi. Həmin binalar Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy alınmadan istifadəyə verildiyi üçün o binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. Tutaq ki, o binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. O binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub".

Nazir bildirib ki,tikinti işlərinə başlanandan bitənə qədər süni maneələrə yol verilməyəcək:

"Sənədləşmə ilə bağlı məlumatları tikinti şirkətləri elektron qaydada sistemə elə daxil etməlidir ki, gələcəkdə suallar qalmasın. Tikintinin icazəsindən başlamış bütün ilkin məlumatlar Fövqəladə Hallar Nazirliyində yaradılmış və yaxın gələcəkdə istifadəyə veriləcək elektron sistemə düzgün daxil edilməlidir. Bu, əslində tikinti sahəsində "vahid pəncərə" rolunu oynayacaq, digər müvafiq qurumlar da Fövqəladə Hallar Nazirliyindəki elektron bazadan bu məlumatları götürə biləcək. Bir sözlə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində istifadəyə veriləcək elektron sistem tikinti sahəsində "vahid pəncərə" rolunu oynayacaq".

Tarix
2016.02.16 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla