Ana səhifə Gündəm |
Subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması səmərəli ola bilər.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert Maliyyə Nazirliyi tərəfindən ixrac subsidiyası mexanizminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təqdim edilən layihəni dəyərləndirib:
"Layihəyə əsasən, ixracla məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, ixrac olunan məhsulun xammalının ən azı 50 faizinin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq. Bunlar vacib şərtlərdir. Bütövlükdə belə subsidiya ixracın stimullaşdırılması baxımından əhəmiyyətlidir".
İqtisadçı həmçinin anti-dempinq tədbirləri ilə bağlı da danışıb:
"İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Bizdə isə anti-depminq siyasətinin yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür. Bu addım idxal ilə məşğul olan iş adamların bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb ola bilər. İdxaldan asılılıq bazar tərəfindən aradan qaldırılmalıdır. "Anti-dempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi məqsədəuyğundur. Əks halda idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə edilə bilər".
Tarix
2016.02.16 / 14:28
|
Müəllif
Aygün Yusibova
|