Yuxarı

Vəzifəli şəxslər 5 ildən bir attestasiyadan keçəcəklər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxslər 5 ildən bir attestasiyadan keçəcəklər

Prezident İlham Əliyev Azərbaycanın 2001-ci il 12 iyun tarixli qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

Axar.az xəbər verir ki, bu əsasnamə dövlət vergi orqanlarında xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

Əsasnaməyə görə, indiyədək yalnız müvafiq vəzifədə azı 1 il xidmət edən və 3 ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilirdi. Dəyişikliklə 5 ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçiriləcək.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 qiymətdən yalnız birini verir.

Həmçinin əsasnaməyə edilən dəyişikliyə görə, attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməz hesab olunur.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

Bununla yanaşı, attestasiya komissiyası bu qiymətində vergi orqanlarının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiyə verə bilər.

Vergi orqanının vəzifəli şəxsinin xidmətinə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda xitam veriləcək.

Tarix
2016.02.16 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla