Yuxarı

İrəvan yenidən təxribatlara əl atarsa, cavabımız...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan yenidən təxribatlara əl atarsa, cavabımız...

Hazırda Ermənistanın daxilində və dünyada baş verən proseslər, İrəvana verilən dəstək sülh müqaviləsi ilə bağlı müzakirələrin son aylarda irəli aparılmasını çətinləşdirir. Əgər Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq. Ümumiyyətlə, adekvat cavablar olmasaydı, biz tez-tez erməni təxribatlarının şahidi olardıq.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və bu istiqamətdə çoxlu təşəbbüslərlə çıxış edib:

“Ermənistan tərəfi isə keçən zaman ərzində müxtəlif bəhanələr irəli sürərək sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoyur. Belə ki, rəsmi İrəvan ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. Hazırkı vəziyyətdə Ermənistanın bu təklifinin heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi daxilində “dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək” barədə yazılıb. Bu təklifi Azərbaycan irəli sürdüyü üçün yenidən Ermənistanın oxşar bəyanat verməsi “oyun oynamaq”dan başqa bir şey deyil”.

Fərid Şəfiyev qeyd edib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra 5 aya yaxın müddətdə şərti sərhəddə sabitlik hökm sürdü:

“Lakin ermənilərin şərti sərhəddə təxribat törətməsi faktiki olaraq Ermənistanın münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərdi. Sülh müqaviləsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda ən fundamental məsələ Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ona görə də bu iddialar hüquqi sənədlərdən çıxarıldıqdan sonra sülh müqaviləsi imzalana bilər. Bunun da presedenti yoxdur”.

Tarix
2024.02.24 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla