Yuxarı

Tehranın İrəvanla hərbi oyunu və Bakıya qarşı... - Süleymani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Ermənistan İranla effektiv hərbi əməkdaşlıq edə bilər, nə də İran Ermənistanla. Məsələn, İrəvan heç vaxt Fransa ilə Tehranı bir araya gətirə bilməz. Digər tərəfdən, Ermənistanın da İrana baxışı göstərdiyi qədər səmimi deyil. Bu, sadəcə, oyunun bir hissəsidir. Ermənistan İranın regiondakı xarici siyasətini çox yaxşı bilir. Ona görə İrana xoş gəlməyə çalışır, əslində isə öz oyununu oynayır. Paşinyan hakimiyyətdə olduğu müddətcə və qərbyönlü siyasətini davam etdirdikcə, bu yaxınlıq heç vaxt baş tutmayacaq. Rusiyanı belə regionda zəiflətməyə çalışdığını nəzərə alsaq, heç Qərb də buna imkan verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani İran və Ermənistan münasibətləri və İranın Ermənistana hərbi əməkdaşlıq təklifini şərh edərkən bildirib.

“İran əvvəllər Azərbaycanı qərbyönümlü siyasət aparmaqda ittiham edib, ancaq vaxt gələcək Ermənistan Qərblə indikindən onqat daha artıq əməkdaşlıq ediləcək. Hazırda Qərblə birgə təlimlərin təşkili, Fransa ilə əməkdaşlığın dərinləşməsi və s. buna nümunədir. Tehran İrəvanın sürətlə Qərbə üz tutmasına və hərbi əməkdaşlığına göz yummağa çalışsa da, uzun müddət etinasız qala bilməyəcək. Çünki bunlar tamamilə ayrı mövqelərdir”.

Ekspert bildirib ki, haçan Ermənistan Azərbaycanın sülh təklifi ilə razılaşar, Türkiyə ilə münasibətləri normallaşdırarsa, İran-Ermənistan münasibətləri tamamilə fərqli və zəif olacaq:

“Tehranın İrəvana üstünlük verməsinin əsas səbəblərindən biri Azərbaycanın qərbyönümlü siyasət yürütdüyünü düşünməsi olub. Baxmayaraq ki, Bakı həmişə balanslı siyasət aparıb.Digər amil isə Azərbaycan və Tehranın xarici siyasətinin əsas oryentasiyasısında mühüm rol oynayan “siyasi islam” amilidir. Azərbaycan iranofobiya və siyasi islam məslələrinə həssaslıq nümayiş etdirib, İran isə Vahid Azərbaycan amilindən həmişə ehtiyat edib.

Azərbaycan Şimali İran məsələsində həssas olduğu kimi, İran Güney Azərbaycan məsələsində həssasdır. Ona görə də İran həmişə islamçılıq ideyasını, millətçilik məsələsi qarşısına qoymuşdur”.

O, bütün bu problemlərin həll yolunu iki dövlət arasında real əməkdaşlığın aparılmasında gördüyünü vurğulayıb:

“Mənim fikrimcə, İran milli mənafeyini qorumaq istəyiriksə, mütləq Azərbaycanla əməkdaşlıq etməlidir. Bu hərbi əməkdaşlıq olmaya da bilər. Əgər hər iki ölkə bir-birini öz səmimiliyinə inandırsa, iqtisadi və diplomatik əlaqələri gücləndirsəydi, hətta Ermənistanla normal qonşuluq əlaqələri qalsa belə, qarşılıqlı inam yaranar və İranın da başqa bir alternativə ehtiyacı qalmazdı. Bu, hər iki tərəfin də xeyrinə olardı. Lakin təəssüf ki, hər iki tərəfdə də qarşılıqlı inamsızlığın olduğunu nəzərə alsaq, bu vəziyyətdə geri dönüb əlaqələri yenidən başlatmaq və münasibətlərin axarını dəyişmək çox çətin görünür”.

Tarix
2024.03.04 / 13:21
Müəllif
Gülnar Fərhad
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla