Yuxarı

TƏBİB-də mühüm təyinatlar oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Axar.az xəbər verir ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.

Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir. Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib.

2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.

O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub.

Ş.Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr, 2006-2008-ci illərdə rayon mərkəzi xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifəsində çalışıb. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib.

2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca cərrahdır.

O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.

2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib.

2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır.

2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.

2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

Tarix
2024.03.04 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla