Yuxarı

Çavuşoğlunun Bakı görüşündə nə danışıldı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çavuşoğlu ilə görüşdə İslam koalisiyası məsələsinin müzakirəsi ondan xəbər verir ki, Bakı heç də bu qərarı dəstəkləmir.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Azərbaycanın Suriyaya humanitar yardım və dəstək göstərməyə hazır olduğunu deyən politoloq Bakının İslam koalisiyasına qoşulmayacağını bildirib:

"Azərbaycan hazırda öz ordusunu təkmilləşdirir, ərazi probleminin həllinə yönəlik strateji məsələlərin üzərində çalışır. Buna görə də rəsmi Bakı İslam İttifaqına heyət göndərməyi planlaşdırmır. Çavuşoğlu ilə görüşdə İslam koalisiyası məsələsinin müzakirəsi ondan xəbər verir ki, Bakı bu qərarı dəstəkləmir. Ancaq Türkiyə strateji tərəfdaş kimi sərhədlərində müəyyən xidmətləri yerinə yetirən məhdud sayda qoşun kontingentinin göndərilməsini xahiş edərsə, ittifaqa qoşulmasaq da, Türkiyənin təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə töhfə verə bilərik. Məsələn, Türkiyənin sərhədboyu ərazilərində, eyni zamanda, İqdır-Qars bölgəsində müəyyən sayda hərbçi yerləşdirilə bilər. Çünki Rusiya Türkiyəni təhdid edərkən əsas hərbi plasdarm olaraq Ermənistanı nəzərdə tutur. Ancaq Türkiyə də başa düşməlidir ki, Azərbaycanın özünümüdafiə və ərazi bütövlüyünün təmin edilməsi üçün nəzərdə tutulan hərbi gücünü Suriya və İraqda xərcləmək niyyəti yoxdur".

Politoloq Türkiyənin Azərbaycana hər zaman diplomatik və siyasi dəstək verdiyini bildirib: "Silah yardımı, qoşun heyətinin göndərilməsi baxımından Türkiyə və Pakistandan başqa digər müsəlman ölkələri passiv mövqedə dayanıblar".

Qeyd edək ki, fevralın 18-də XİN başçısı Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gəlib. Görüşdə Azərbaycanın İslam anti-terror koalisiyasında iştirakı məsələsi də müzakirə edilib. E.Məmmədyarov bu məsələyə baxıldığını bildirib.

Terror əleyhinə İslam ölkələrindən ibarət hərbi koalisiyanın yaradılması təşəbbüsünü Səudiyyə Ərəbistanı irəli sürüb. Ər-Riyad quruma qoşulmaq üçün ötən ilin noyabrında Azərbaycana da rəsmi təklif göndərib.

Tarix
2016.02.20 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla