Yuxarı

Nazir əmr imzaladı - Təhsildə yeni sistem

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2016-2017-ci dərs ilindən I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Axar.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov "2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə" əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.

Nazirlikdən bildirilib ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilib.

I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün və səmərəli tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilib operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2016-2017-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.

Tarix
2016.02.22 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla