Yuxarı

Araz Əzimov Almaniyaya getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Əzimov Almaniyaya getdi

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov fevralın 22-24-də siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı nazir müavini AFR Xarici İşlər Nazirliyi və Federal Kansler Aparatında həmkarları ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin 2016-cı ildə ATƏT sədrliyini həyata keçirən Almaniyadan olan gözləntiləri, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Almaniya tərəfi Azərbaycan tərəfinin istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların mövcud imkanlar çərçivəsində sədrlik dövründə nəzərə alınacağına söz verib.

Azərbaycan xarici işlər nazirinin müavini səfər zamanı, eləcə də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib və Münhen Təhlükəsizlik Təşkilatının sədri Volfqanq İşinqerlə görüşərək ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.

A.Əzimov səfəri zamanı, həmçinin Almaniyanın məşhur "beyin mərkəzləri"ndən olan Elm və Siyasət Fondu və Xarici Siyasət üzrə Alman Cəmiyyətində sözügedən təşkilatların rəhbərliyi və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış tanınmış mütəxəssislərlə görüşlər keçirib. Görüşlərdə, əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, həll istiqamətində aparılan danışıqlar, sözügedən münaqişənin həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqe və təklifləri, habelə Ukrayna, Gürcüstan və Suriya münaqişələri daxil olmaqla bir sıra digər regional təhlükəsizlik məsələləri ətraflı şəkildə müzakirə olunub.

Tarix
2016.02.24 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla